image-1backend

Küveytdə  SEPAH-ın agentləri HƏBS EDİLDİ

image-ads-728x90

Bu gün Küveyt rəsmiləri SEPAH ilə əlaqəli olan 4 nəfərin həbs edildiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Küveyt Ordusunun və Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edərkən saxlanılıb. Əməliyyat zamanı baş verən qarşıdurmada bir Küveyt əsgərinin yaralandığı bildirilib.

Küveyt dövlət xəbər agentliyinin məlumatına əsasən, saxlanılan şəxslər “dəniz yolu ilə ölkəyə gizli şəkildə daxil olmağa çalışan şəxslər” kimi təqdim olunub və onların SEPAH ilə əlaqəli olduğu vurğulanıb.

Qeyd olunur ki, ABŞ və İsrail ilə İran arasında baş verən son müharibə dövründə Küveyt bir neçə dəfə SEPAH və İranın dəstəklədiyi İraq yaraqlılar tərəfindən raket və PUA hücumlarına məruz qalıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki