Amerika-İsrail təcavüzünün məqsədlərindən biri İranın ərəb ölkələri ilə münasibətlərinin normallaşmasına mane olmaq idi.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Nazir RT India-ya verdiyi müsahibədə bildirib ki, “İrana qarşı təcavüz planları hazırlanarkən məqsədlərdən biri İranla ərəb ölkələri arasında münasibətlərin normallaşmasına mane olmaq idi”.
Nazirin xatırlatdığı kimi, illər əvvəl İordaniya kralı II Abdullah ibn Hüseyn əl-Haşimi sünnilər və şiələr arasında barışıq mövzusunda zirvə görüşü keçirmişdi, lakin indi bunun heç vaxt baş verməməsi üçün ciddi səylər göstərilir.





















