image-1backend

Litvada drona görə hava hücumu xəbərdarlığı elan edilib

image-ads-728x90

Litvanın bəzi bölgələrində pilotsuz təyyarənin görünməsindən sonra hava hücumu xəbərdarlığı elan edilib.
Sərhəd yaxınlığındakı hava məkanında pilotsuz təyyarə aşkar edildikdən sonra Litvanın bəzi bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Korrekt.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Litva Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarənin Belarusdan gəldiyi ehtimal olunur.

Litva Müdafiə Nazirliyi əlavə edib ki, “NATO-nun Baltikyanı bölgə üzərində hava patrulu əməliyyatı başlayıb”.

Həmçinin bildirilib ki, 19 may səhəri Latviyanın bir neçə bölgəsi mümkün hava təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir gün əvvəl Rumıniya qırıcı təyyarəsi Estoniya hava məkanında zərbə pilotsuz təyyarəsini vurub və ölkənin bir hissəsində hava hücumu xəbərdarlığı verilib – Estoniya ərazisi üzərində ilk dəfə pilotsuz təyyarə vurulub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki