“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan hamamböcəyi çıxıb.
Korrekt.az xəbər verir ki, bununla bağlı şikayətçi bloger Saleh Nəsirova yazıb.
Onun sözlərinə görə, restoran əməkdaşları baş verən hadisəyə görə üzr istəyib və müştəriyə desert təklif ediblər. Müştəri isə restoranın üzürxahlıq jestini qəbul etməyib.
”Mado”da pomidor şorbasından tarakan çıxdı. Hələ də özümə gələ bilmirəm. Oranın artıq zayı çıxıb. Bəlkə ictimailəşsə, özlərini bir az düzəldərlər”, – deyə o bildirib.






















