image-4hppuxihujdpxmc8backend

Makron 50 milyon avrodan çox pulu Suriyaya qaytarır 

image-ads-728x90

Fransa prezidenti Emmanuel Makron, Fransa məhkəməsinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş əmlakı müsadirə etməsindən əldə edilən 50 milyon avrodan çox vəsaitin Suriya xalqına köçürüləcəyini açıqladı.

Korrekt.az xəbər verir ki, bu vəsait Fransa məhkəməsinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edildiyini tanıdığı əmlakın müsadirəsindən əldə edilib .

Makron bunu iyulun 7-də Dəməşqə səfəri zamanı açıqlayıb. Fransa və Suriya keçmiş Suriya liderinin əmisi Rifat əl-Əsədə məxsus aktivlərin qaytarılması ilə bağlı əməkdaşlıq müqaviləsi, eləcə də niyyət məktubu imzalayıblar.

Fransa prezidenti bildirib ki, “keçmiş diktatorun ailəsinin qanunsuz yolla əldə etdiyi aktivlərin müsadirəsindən əldə edilən 50 milyon avrodan çox vəsait Suriya xalqına ölkədəki konkret inkişaf layihələrinin maliyyələşdirilməsi üçün qaytarılacaq”. İmzalanan sənəddə 51 milyon avro məbləğindən bəhs olunur.

Makron qeyd edib ki, Fransa Əsəd ailəsinin aktivlərinə qarşı hüquqi işi tamamlayan ilk ölkə olub və oxşar tədbirləri “mümkün olan hər yerdə” davam etdirəcəyinə söz verib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki