image-img-20260330-wa0048backend

Masazırda biabırçı vəziyyət: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “yatıb” – VİDEO/FOTOLAR

image-ads-728x90

Bakı və ətraf qəsəbələrdə yağan intensiv yağışlar infrastrukturun zəif bəndlərini bir daha üzə çıxardı. Xüsusilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə yaranmış vəziyyət artıq lokal fəsad deyil, humanitar və ekoloji böhran xarakteri almaqdadır.

Son günlərin yağıntılı hava şəraiti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) taktiki hazırlıqsızlığını və kanalizasiya sistemlərinin iflic vəziyyətində olduğunu ortaya qoydu. Paytaxtın bir çox nöqtəsində müşahidə olunan mənzərə Masazır qəsəbəsində daha ağır və biabırçı formadadır.

​Şəhərcik sakinləri artıq 72 saatdan çoxdur ki, ən təməl ehtiyaclardan — içməli su və elektrik enerjisindən məhrum qalıblar. Problemin kökü isə birbaşa kanalizasiya infrastrukturunun işləməməsi ilə bağlıdır. Sakinlərin bildirdiyinə görə, ərazidəki kanalizasiya qurğuları işləmədiyi üçün yağış suları axıb getmək əvəzinə yaşayış binalarının zirzəmilərinə dolub.

​Vəziyyəti daha da gərginləşdirən məqam binaların texniki təhlükəsizliyi ilə bağlıdır. Zirzəmilərə dolan çirkab suları elektrik panellərinə və sayğaclara qədər yüksəlib.

Qısaqapanma və yanğın riskinin qarşısını almaq üçün elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

İşıq olmadığı üçün su nasosları işləmir, nəticədə minlərlə insan həm qaranlıqda, həm də susuz qalıb.

​Kanalizasiya qurğularının işləməsi ərazidə dözülməz antisanitar vəziyyət yaradıb.

Sakinlər redaksiyamıza bildiriblər ki, :
​”Üfunət iyindən şəhərciyin ərazisinə yaxınlaşmaq mümkün deyil. Kanalizasiya suları hər tərəfə yayılıb, xəstəlik mənbəyi yaranıb.”

​Sakinlərin ən böyük narazılığı isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin biganəliyidir.

Çoxsaylı müraciətlərə, “qaynar xətt”lərə edilən zənglərə baxmayaraq, əraziyə nə bir texnika, nə də məsul şəxs gəlib.

​Agentliyin bu sükutu və hadisə yerində operativ briqadaların görünməməsi, dövlət qurumunun böhran vəziyyətlərindəki idarəetmə qabiliyyətini ciddi sual altına qoyur. Masazır kimi sıx məskunlaşmış bir ərazinin taleyin ümidinə buraxılması həm sosial, həm də idarəetmə baxımından yolverilməzdir.

​Abşeron Gənclər Şəhərciyindəki durum sadəcə bir “yağış fəsadı” deyil, illərdir yığılıb qalan infrastruktur problemlərinin həll edilməsinin səbəbidir.

​Mövzunu diqqətdə saxlayacağıq.

image-img-20260330-wa0045

image-img-20260330-wa0047 image-img-20260330-wa0048



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki