image-1backend

Məşhur aktyor ÖLDÜRÜLDÜ

image-ads-728x90

ABŞ-da tanınmış aktyor Ceyms Hendi qətlə yetirilib.

Korrekt.az xəbər verir ki, yerli medianın məlumatına görə, aktyorun ölümü ilə bağlı polisə naməlum şəxs zəng edərək bir nəfəri öldürdüyünü bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları aktyorun cəsədini evinin həyətində aşkar ediblər. İlkin araşdırmalar zamanı onun sinəsindən aldığı bıçaq xəsarəti nəticəsində həyatını itirdiyi müəyyən olunub.

Hadisə ilə bağlı araşdırma aparan Los-Anceles Polisi artıq cinayətdə şübhəli bilinən şəxsi saxlayıb. Məlumata görə, saxlanılan şəxs aktyorun sevgilisinin 44 yaşlı oğlu Maykl Qledhildir.

Polisin açıqlamasında bildirilib ki, şübhəli şəxs həbs edilərək Van Nuys həbsxanasına aparılıb. Ona qarşı qətl ittihamı irəli sürülüb və girov məbləği 2 milyon dollar müəyyən edilib.

Qeyd edək ki, Ceyms Hendi uzun illər kino və televiziya sahəsində fəaliyyət göstərib və 150-yə yaxın ekran işində rol alıb. O, xüsusilə “Cumanci”, “Top Gan: Maverik”, “Gizli Materiallar” və “Loqan” kimi məşhur ekran əsərlərindəki rolları ilə tanınıb. Aktyor həmçinin çoxsaylı kriminal və dram seriallarında da çıxış edib.

Faktla bağlı araşdırma davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki