image-1backend

Məşhur iş adamı öldürüldü: Tanınmış futbolçu saxlanıldı

image-ads-728x90

Moskvanın şimal-qərbində baş verən səs-küylü qətl hadisəsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Hadisə ilə əlaqədar Yekaterinburqun “Ural-2” klubunun 20 yaşlı futbolçusu Daniil Sekaç saxlanılıb. Korrekt.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın ilkin versiyasına görə, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər 16 yaşlı qızı aldadaraq mənzilin qapısını açmağa razı salıblar. Mənzilə daxil olan şəxs daha sonra seyfi qarət etməyə cəhd edib və biznes fəaliyyəti ilə məşğul olan qadını bıçaqlayaraq qətlə yetirib. Yeniyetmə qız xəsarət almayıb.

Məlumata görə, cinayətdə şübhəli bilinən D.Sekaç hadisə yerindən qaçmağa çalışıb, lakin Moskvanın Zveniqorodskoye şossesində yerləşən otellərdən birində, hadisə yerindən təxminən 14 kilometr aralıda saxlanılıb.

Media məlumatlarında qeyd olunur ki, hüquq-mühafizə orqanları şübhəlinin Ukrayna mənşəli fırıldaqçılar tərəfindən təsir altına düşməsi ehtimalını da araşdırır.

Futbolçunun çıxış etdiyi “Ural-2” klubunun məşqçisi bildirib ki, D.Sekaç perspektivli oyunçu olub və onun belə bir cinayətdə şübhəli bilinməsi kollektiv üçün gözlənilməzdir. Oyunçunun Moskvada olması da komanda üçün təəccüb doğurub.

Futbolçunun atası hadisədən şoka düşüb və bildirib ki, oğlu həmin vaxt Yekaterinburqda keçiriləcək oyunda iştirak etməli idi.

İstintaq materiallarına əsasən, soyğunçuluq əvvəlcədən planlaşdırılıb. Fırıldaqçıların bir neçə həftə ərzində qurbanın qızını hədəf aldığı bildirilir. Ailənin başçısının isə hazırda İranda işgüzar səfərdə olduğu, geoloji kəşfiyyat və geodeziya sahəsində fəaliyyət göstərdiyi qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki