Buryatiya hökumətinin keçmiş sədr müavini Yevgeni Lukovnikov Moskvada saxlanılıb.
Korrekt.az xəbər verir ki, bu barədə Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov özünün Telegram kanalında açıqlama verib. O bildirib ki, saxlanılma Ulan-Ude şəhərində üçüncü körpünün tikintisi və Lukovnikovla əlaqəli şəxslərin iştirak etdiyi şirkətlər tərəfindən həyata keçirilən subpodrat işləri ilə bağlıdır.
Qeyd olunub ki, sabiq məmur istintaq tədbirlərinin aparılması üçün Ulan-Ude şəhərinə aparılacaq.
Xatırladaq ki, Yevgeni Lukovnikov 2025-ci ilin iyun ayında səhhətindəki problemlərlə əlaqədar vəzifəsindən istefa verib.
Bundan başqa, fevral ayında Kareliyanın keçmiş rəhbər müavini ilə bağlı 30 milyon rubldan artıq rüşvət faktı üzrə cinayət işi məhkəməyə göndərilib. Bu məbləğ təxminən 550 min Azərbaycan manatına bərabərdir.





















