Korrekt.az x.com/FabrizioRomano saytına istinadən xəbər verir ki , italiyalı Gennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Dünya Kubokunun seçmə mərhələsinin pley-off finalında İtaliya Bosniya və Herseqovinaya penaltilərdə 1-4 hesabı ilə məğlub oldu. Matç əsas vaxtdan sonra 1-1 hesabı ilə başa çatdı. Əlavə vaxtda qol vurulmadı.
Məğlubiyyətdən və final turnirinə vəsiqə qazana bilməməkdən sonra İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina Qattuzodan istefa verməməyi və komanda ilə işləməyə davam etməyi xahiş etsə də, azarkeşlərin qəzəbi onların mövqeyini dəyişib.
Bundan əlavə, İtaliyanın idman naziri Qravinanın da istefaya göndərildiyini təsdiqləyib.
Dördqat dünya çempionu İtaliya ilk dəfə ardıcıl üç turnirdə iştirak edə bilmir. İtalyanlar sonuncu dəfə 2014-cü ildə Braziliyada keçirilən Dünya Kubokunda iştirak etmişdilər.





















