Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının aşkarlanması üçün əlavə imkanlar yaradır. Korrekt.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Çimkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Qriqoryan qeyd edib ki, bu addım nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsi və xarici ticarətin təşviqi baxımından əhəmiyyətli nümunədir.
O həmçinin daxili bazarların qorunmasının vacibliyini vurğulayıb. Qriqoryan bildirib ki, bazarların sistemli monitorinqi yaranan disbalansları tez müəyyən etməyə, daxili bazarı qorumağa və yerli istehsalçıları dəstəkləmək üçün effektiv tədbirlər hazırlamağa imkan verir.





















