Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində bu gün partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
Korrekt.az xəbər verir ki, rentgen MRT zonasında mərkəzin həkim-radioloqu Asif Nəsirli ağır bədən xəsarətləri alıb. Müayinədə olan xəstə isə yerində vəfat edib.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışır.






















