image-1backend

Mossad müsadirə olunan silahları  İran kürdlərinə verib- İsrailin “Channel 12” telekanalı  

image-ads-728x90

İsrailin “Channel 12” telekanalı Mossadın HƏMAS və Hizbullahdan müsadirə etdiyi silahların bir hissəsini İslam Respublikasına qarşı fəaliyyət göstərən kürd qüvvələrinə təhvil verdiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, telekanalın məlumatına görə, bu addım İran hökumətini zəiflətmək və ona qarşı təzyiq imkanlarını artırmaq məqsədi daşıyan daha geniş strategiyanın tərkib hissəsi olub.

Hesabatda bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də İran hökumətinə qarşı kürd qüvvələrindən istifadə olunmasını nəzərdə tutan planın hazırlanmasında iştirak edib.

Məlumata görə, plan sonradan ABŞ prezidenti Donald Trampın qərarı ilə dayandırılıb və həyata keçirilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki