Korrekt.az xəbər verir ki, İsrail hökumətinin katibliyi bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Hoffman Mossad xarici kəşfiyyat agentliyinin rəhbəri təyin edilib.
“Keçmiş Ali Məhkəmənin Baş Hakimi Aşer Qrunisin rəhbərlik etdiyi Yüksək Təyinatlar üzrə Məşvərət Komitəsi bu axşam general-mayor Roman Qoffmanın Mossad Kəşfiyyat və Xüsusi İşlər İdarəsinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib”, – deyə açıqlamada bildirilir.
Netanyahu Qoffmanın Mossadın yeni rəhbəri təyin edilməsi barədə sənəd imzalayıb. O, vəzifəsinin icrasına 2 iyun 2026-cı ildə başlayacaq və beş il müddətində kəşfiyyat xidmətinə rəhbərlik edəcək.





















