image-966894_srcbackend

Müctəba Xamenei Amerikaya ultimatum verdi – Təzminat alacağıq

image-ads-728x90

İran mediası Tehranda yayımlanan görüntülərdə paytaxt sakinlərinin nəhəng monitor vasitəsilə Ali Lider Müctəba Xameneinin çıxışını izlədiyini göstərib. Kadrlarda yalnız Xameneinin fotosu nümayiş etdirilir, müraciət isə qadın səsi ilə səsləndirilir.

Korrekt.az xəbər verir ki, yerli vaxtla saat 22:17-də yayılan yazılı müraciətdə Xamenei xalqa üç əsas “məsləhət” verib.
Birinci məsləhətdə o, cəmiyyət üzvlərini həmrəy olmağa çağırıb. Bildirib ki, mümkün müharibələrin yaratdığı çatışmazlıqların təsirini azaltmaq üçün vətəndaşlar bir-birinə qarşı həssas davranmalıdır. Onun sözlərinə görə, mövcud çətinliklər dövlət qurumlarının səyləri ilə nəzarətdə saxlanılır.
İkinci məsləhətdə Xamenei vətəndaşları xarici və “düşmən tərəfindən dəstəklənən” media qurumlarından uzaq durmağa çağırıb. O qeyd edib ki, bu mənbələr İranın maraqlarına uyğun fəaliyyət göstərmir və onların yaydığı məlumatlara ən azı şübhə ilə yanaşmaq lazımdır.
Üçüncü məsləhətdə isə Ali Lider şəhidlərin qisasının alınması mövzusuna toxunub. O bildirib ki, rəsmi yas mərasimləri başa çatsa da, xalqın qəlbində qisas almaq iradəsi qalmalı və bu məqamın vaxtı gözlənilməlidir.
Müraciət regionda gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki