image-957796_srcbackend

Müctəba Xamenei öldürülüb- İDDİA

image-ads-728x90

İranın yeni ali lideri hesab olunan Müctəba Xameneinin taleyi ilə bağlı mediada ziddiyyətli məlumatlar yayılmaqdadır.

Korrekt.az xəbər verir ki, İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisi Channel 13 telekanalına açıqlamasında bildirib ki, Xameneinin hələ də sağ olduğuna dair heç bir dəqiq zəmanət yoxdur.

Rəsmi qeyd edib:
“Biz Müctəba Xameneinin yoxa çıxmasını izləyirik, lakin onun hələ də sağ olduğuna dair heç bir zəmanət yoxdur”.

Bundan əvvəl anonim mənbə Daily Mail nəşrinə açıqlamasında Müctəba Xameneinin vəziyyətinin çox ağır olduğunu və onun ölkənin aparıcı travma mütəxəssislərindən birinin nəzarəti altında müalicə aldığını bildirmişdi.

Digər mənbələrin iddiasına görə, Müctəba Xamenei davam edən müharibə, həyat yoldaşı və oğlu da daxil olmaqla ailə üzvlərinin ölümü barədə, eləcə də İranın ali lideri seçilməsi ilə bağlı məlumatlardan xəbərsiz olub.

Bəzi məlumatlarda isə qeyd edilir ki, Müctəba Xamenei İsrail və ABŞ-ın həyata keçirdiyi əməliyyatların ilk günündə ağır yaralanıb. Bir sıra media orqanlarında onun ayaqlarının amputasiya edildiyi barədə iddialar da yer alıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki