image-51fcfe1fdd189238a0e80c4697f0c8bbbackend

“Nasazlığı gizlədib, sonra da hədə-qorxu gəldi” – tanınmış jurnalist avtomobil alverçisini dələduzluqda ittiham edir

image-ads-728x90

Tanınmış jurnalist Zülfüqar Xeyirxəbərin oğlu Əli Xeyirxəbərli avtomobil alıb və dələduzluqla üzləşib.

Korrekt.az xəbər verir ki, Zülfüqar Xeyirxəbərin bildirdiyinə görə, hadisə 13 iyun 2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Onun sözlərinə əsasən, Qazax rayonunun Çaylı kənd sakini Abdulla Axundov oğlu Əli Xeyirxəbərlidən 4 min manat alaraq 2000-ci il istehsalı olan, 77-CK-589 dövlət nömrə nişanlı “Volkswagen Jetta” markalı avtomobili etibarnamə əsasında satıb.

Jurnalist qeyd edir ki, alqı-satqı zamanı satıcı avtomobilin texniki baxımdan problemsiz olduğunu bildirib və sonradan hər hansı xərc çıxacağı halda bunu qarşılayacağını vəd edib.

Lakin avtomobil cəmi 20 kilometrə yaxın məsafə qət etdikdən sonra mühərrikdə ciddi nasazlıq yaranıb. Ertəsi gün nəqliyyat vasitəsi mühərrik ustasına təqdim olunub və baxış zamanı mühərrikin ağır texniki qüsurlarla işlədiyi müəyyən edilib. Zülfüqar Xeyirxəbər bildirib ki, mühərrik söküldükdən sonra nasazlığın gizlədilməsi üçün mühərrik yağına xüsusi qatqılar əlavə edildiyi üzə çıxıb.

Bundan başqa, porşen və koltsalarda qırılmalar, dirsəkli valda isə ciddi zədələr aşkar edilib. Jurnalist bildirir ki, məsələ ilə bağlı satıcı ilə dəfələrlə əlaqə saxlanılıb. Abdulla Axundov əvvəlcə yaranmış xərcləri qarşılayacağını desə də, sonradan telefon zənglərinə cavab verməyib.

İddiaya görə, iyunun 21-də isə zərərin ödənilməsindən və avtomobilin geri qaytarılmasından imtina edib. Bununla yanaşı, Zülfüqar Xeyirxəbər həmin şəxsin ona zəng edərək təhqir və hədə-qorxu xarakterli ifadələr işlətdiyini də açıqlayıb. Jurnalistin paylaşımında diqqət çəkən digər məqam isə Abdulla Axundovun fəaliyyəti ilə bağlı səsləndirilən iddialardır. Onun sözlərinə görə, apardığı araşdırmalar zamanı bu şəxsin uzun illərdir avtomobil alqı-satqısı ilə məşğul olduğu, müxtəlif bölgələrdən texniki nasaz avtomobillər alaraq qüsurları gizlətdikdən sonra Bakı və Sumqayıt bazarlarında, eləcə də internet elan platformalarında satışa çıxardığı barədə məlumatlar əldə edib. Statusda qeyd olunur ki, bu işlə məşğul olan şəxslər qeyri-rəsmi olaraq “Dovşan” adı ilə tanınır və mütəşəkkil qrup şəklində fəaliyyət göstərdikləri iddia olunur. Zülfüqar Xeyirxəbər hüquq-mühafizə orqanlarına müraciət edərək səsləndirdiyi faktların araşdırılmasını, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasını və dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsini istəyib. Jurnalist eyni zamanda Dövlət Vergi Xidmətinə də müraciət edərək Abdulla Axundovun fəaliyyəti ilə bağlı vergi öhdəliklərinin araşdırılmasını xahiş edib.

P.S Qarşı tərəfi də dinləməyə hazırıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki