Livan və İrana yeni zərbələrdən sonra neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. Yaxın Şərqdə gərginliyin artması fonunda Brent markalı xam neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. Korrekt.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Brent markalı xam neftin fyuçersləri 3,20 dollar (3,39%) artaraq barrel üçün 96,24 dollara, ABŞ-ın Qərbi Texas Aralıq nefti (WTI) isə barrel üçün 2,87 dollar (3,17%) artaraq 93,41 dollara çatıb.
Hazırkı artım, ABŞ və İran arasındakı münaqişənin gərginliyinin azalması gözləntiləri fonunda qiymətlərin düşdüyü cümə günü baş verən enişi tamamilə kompensasiya edib.





















