İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.
Korrekt.az xəbər verir ki, Netanyahu İran təhdidini birdəfəlik aradan qaldırmağın yeganə yolunun ölkədəki ayətullah rejiminin devrilməsi olduğunu bildirib.
Baş nazirin sözlərinə görə, İsrail yaxın gələcəkdə nüvə silahına malik İranla barışmağa məcbur edilməsi məqsədilə beynəlxalq təzyiqlərlə üzləşə bilər.
“Yaxın gələcəkdə bizi nüvə İranı ilə barışmağa məcbur etmək məqsədi daşıyan beynəlxalq təzyiqlə üzləşəcəyik”, – deyə Netanyahu vurğulayıb.





















