image-1backend

“Netanyahunun Ərdoğan haqqında dedikləri xoşuma gəlmir” – Tramp

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Netanyahunun Ankaradakı Prezident Sarayında keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl Türkiyəni nüfuzdan salmaq məqsədi daşıyan açıqlamalarına münasibət bildirib.

Tramp Netanyahunun Türkiyə və Prezident Ərdoğan haqqında dediklərinin xoşuna gəlmədiyini qeyd edib.

“Netanyahunun Türkiyə və Prezident Ərdoğan haqqında dedikləri xoşuma gəlmir. O, Türkiyə haqqında pis şeylər deyir. Ərdoğanla danışdım, o, İsraili və Bibini (Netanyahu nəzərdə tutulur – red.) çox sevmir. Bibi də onu çox sevmir”, – Tramp bildirib.

İranla münasibətlərdə vasitəçilik edən ölkələrin rasional hərəkət etdiyini qeyd edən Tramp, “Mən Prezident Ərdoğanı sevirəm”, – deyib.

Tramp Türkiyənin çox güclü orduya malik olduğunu və F-35 qırıcı təyyarələri almaq istədiyini əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki