image-1backend

Oktyabr ayında Türkiyəyə rekord sayda turist gəlib

image-ads-728x90

2025-ci ilin oktyabr ayında Türkiyəyə rekord sayda turist gəlib. Korrekt.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Türkiyəyə gələn turistlərlə bağlı statistik rəqəmləri açıqlayıb. Nazir bildirib ki, oktyabr ayında ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,32% artaraq 5 milyon 683 min 717 nəfərə çatıb.

Aylıq göstəricilərə Türkiyəyə ən çox  Almaniya və Rusiya Federasiyasından turist gəlib.  Böyük Britaniya isə üçüncü sırada qərarlaşıb. Almaniyadan gələn turistlərin sayı 6,20%, Rusiyadan gələnlərin sayı isə 11,44% artıb.

Nazir  həmçinin qeyd edib ki, ilin ilk on ayında Türkiyə ümumilikdə 55 milyon 676 min 237 turist  qəbul edib, bunun 47 milyon 252 min 314-ü xarici turistlərdir.

Məlumatda vurğulanır ki, bu dövrdə Türkiyəyə gələn əcnəbi turistlərin  96,20%-i ölkəni mədəniyyət, görməli yerlər və istirahət məqsədləri ilə seçib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki