image-1backend

“SABAH.city” baş direktoru təyin olundu

image-ads-728x90

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinə rəhbər təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nihat Məcidov “SABAH.city”nin baş direktoru (CEO) vəzifəsinə təyin olunub.

O, eyni zamanda 2024-cü ilin iyun ayından Yüksək Texnologiyalar Parkının baş icraçı direktorudur.

N. Məcidov bundan əvvəl 2024-cü ilin yanvar-iyun aylarında “SABAH.HUB”da strategiya və layihələrin idarə edilməsi ofisinin rəhbəri (Head of Strategy & PMO) vəzifəsində çalışıb.

Nihat Məcidov 2021-ci ilin sentyabrından 2024-cü ilin yanvarınadək “McKinsey & Company” şirkətində fəaliyyət göstərib. O, burada əvvəlcə biznes analitikinin köməkçisi, daha sonra isə biznes analitiki vəzifələrini tutub.

O, həmçinin “KPMG Azerbaijan” şirkətində sövdələşmələr üzrə məsləhət xidmətləri departamentində təcrübəçi və mütəxəssis, “Procter & Gamble” şirkətində satış, bazar strategiyası və planlaşdırılması üzrə yay təcrübəçisi, “EY” şirkətində isə biznesin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi və iqtisadiyyat sahələri üzrə təcrübəçi kimi çalışıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki