image-1backend

Rusiya Müdafiə Nazirliyi: Rusiya Xerson istiqamətində atəşkəs elan etdi

image-ads-728x90

Rusiya Müdafiə Nazirliyi Xerson istiqamətində atəşkəs elan edildiyini açıqladı.

Korrekt.az xəbər verir ki, Rusiya hərbi idarəsinin məlumatına görə, atəşkəs Xerson vilayətinin Alyoşki şəhəri ərazisində humanitar əməliyyatın hazırlanması ilə bağlıdır.

Daha əvvəl, 23 oktyabrda, ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Alyoşkada yerli atəşkəs barədə razılığa gəlindiyi məlum olmuşdu. Ağ Evin xəbər verdiyi kimi, atəşkəs 29 oktyabrda qüvvəyə minməli idi.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya qoşunlarının 27 oktyabr səhər tezdən Xerson istiqamətində sükut rejimi tətbiq edəcəyini açıqlamışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki