İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Rusiyaya səfər edib.
Korrekt.az xəbər verir ki, İran lideri dünən axşam saatlarında Rusiyaya yola düşüb və artıq Moskva şəhərinə çatıb.
Səfər çərçivəsində Pezeşkianın sammitdə iştirak edəcəyi və çıxış edəcəyi gözlənilir. Onun Rusiya Prezidenti Vladimir Putinlə, eləcə də toplantıda iştirak edən digər dövlət başçıları ilə görüşlər keçirməsi nəzərdə tutulur.
Görüşlər zamanı İranla Rusiya arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir.
Məlumat İran Prezidentinin rəsmi saytında yayımlanıb.





















