Yəməndə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri ilə əlaqələndirilən yüksək rütbəli şəxsin öldürüldüyü bildirilir.
Korrekt.az xəbər verir ki, SEPAH-ın Qüds Qüvvələrinin Yəməndəki fəaliyyətinə rəhbərlik etdiyi iddia olunan Əbdürrza Şəhlayi Hudeyda bölgəsinə endirilən hava zərbələri nəticəsində həlak olub.
KİV-in yaydığı xəbərlərdə hava zərbələri zamanı Şəhlayi ilə yanaşı daha 4 SEPAH üzvünün də öldürüldüyü qeyd edilir.
Əbdürrza Şəhlayi SEPAH-ın Qüds Qüvvələrinin Yəməndəki fəaliyyəti ilə əlaqələndirilən şəxslərdən biri kimi təqdim olunur.
Onun öldürülməsi barədə İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.





















