image-images-5backend

Paşinyan Bakıya gəlir – Özü açıqladı

image-ads-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan dəvət alacağı təqdirdə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya səfər edə biləcəyini bildirib.

Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan Milli Assambleyasında hökumətlə keçirilən sual-cavab sessiyası zamanı danışıb.

Baş nazir qeyd edib ki, 2029-cu ildə keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə Toplantısına dəvət olunarsa, Bakıya gəlməyə hazırdır.

“Demişəm ki, 2029-cu ildə Avropa Siyasi Birliyinin zirvə görüşünə dəvət alsam, həmin andan etibarən Bakıya gedəcəyəm”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2029-cu il sammitinin Bakıda keçirilməsi nəzərdə tutulur. Paşinyanın açıqlaması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin fonunda diqqət çəkən mesaj kimi qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki