Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin “300 min azərbaycanlı” haqda sualına cavab verib.
Korrekt.az xəbər verir ki, Paşinyan bildirib, “Bu ucuz siyasi spekulyasiyalardır. Biz heç vaxt bu problemi, nə də ermənilərin Qarabağa, Bakıya və digər yerlərə qayıtmasını müzakirə etməmişik. Bunu deyən heç özü də başa düşmür ki, nə danışır, ya da rəhbərlərindən belə təlimat alıb. Hər iki məsələnin ortaya atılması vəziyyəti gəginləşdirmək məqsədi daşıyır.”





















