Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçimin qaçılmaz olacağı vaxta qədər Aİİ-də işini davam etdirəcək, bundan sonra isə referendum keçiriləcək.
Ermənistan mediası xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə bəyan edib.
“Biz Aİİ-də işləyirik və Aİİ ilə Avropa İttifaqı arasında seçimin qaçılmaz olacağı vaxta qədər işi davam etdirəcəyik. Qərarı, təbii ki, Ermənistan xalqı referendum yolu ilə qəbul etməlidir”, – o bildirib.
Onun sözlərinə görə, referendumun keçirilmə vaxtı ilə bağlı məsələ mühüm əhəmiyyət daşıyır:
“Ermənistan rəsmi olaraq üzvlük məsələsi ilə bağlı Aİ-yə müraciət etməyibsə və ya üzvlüyə namizəd statusu almağa yaxın deyilsə, referendum keçirmək məntiqsizdir. Çünki əsaslandırma yoxdur, balans formalaşmayıb ki, biz xalqa hansı yolla gedilə biləcəyi barədə seçim təklif edə bilək. Nəzəri seçimi referenduma çıxarmaq düzgün deyil və əsassızdır”.



















