Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub, Ermənistanda bunu həmişə etiraf ediblər, amma gizli saxlayıblar. Korrekt.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
O qeyd edib ki, 1996-cı il Lissabon Zirvə Görüşü ilə bağlı həqiqət gizlədilib, amma indi sənədlər tam dərc olunub və xalq faktları görür.
“Həqiqət niyə gizlədilib? 1996-cı il Lissabon Zirvə Görüşü ilə bağlı həqiqət niyə gizlədilib, amma indi sənədlər tam dərc olunub? Niyə bu sənədlərlə bağlı heç bir hay-küy yoxdur? Hər şey artıq dərc olunduğu üçün və bütün həqiqət xalqa açıqlandığı üçün heç bir hay-küy yoxdur”, – baş nazir bildirib.





















