image-fb_img_1782832148974backend

Peşə təhsili müəssisələrində “Məzun Günü” tədbirləri keçirilib – FOTOLAR 

image-ads-728x90

İyunun 30-da Bakıda və regionlarda yerləşən 70 peşə təhsili müəssisəsində “Məzun Günü” tədbirləri keçirilib.

“Məzun Günü” tədbirlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, peşə təhsili müəssisələrinin əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən məzun günündə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı məzunları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, məzunlara qazandıqları bilik və bacarıqları daim inkişaf etdirməyi, peşələrində uğur qazanmaq üçün yeni imkanlardan yararlanmağı tövsiyə edib.

Agentlik direktoru bildirib ki, müasir dövrdə peşə sahibi olmaq yalnız ixtisas əldə etmək deyil, eyni zamanda dəyişən əmək bazarına uyğunlaşmaq, praktiki bacarıqları artırmaq və peşəkar inkişafı davam etdirmək deməkdir.

Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiribilər.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 78 peşə təhsili müəssisəsindən 18 612 tələbə məzun olur. Məzun olan tələbələrdən 1478 nəfər ilk peşə təhsili səviyyəsi, 16596 nəfər texniki peşə təhsili səviyyəsi və 538 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.

image-fb_img_1782832163646 image-fb_img_1782832161449 image-fb_img_1782832158540 image-fb_img_1782832156248 image-fb_img_1782832153835 image-fb_img_1782832151511 image-fb_img_1782832148974 image-fb_img_1782832145707 image-fb_img_1782832138534



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki