Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat zonasında vəziyyətlə bağlı gündəlik məlumatlar alır. Korrekt.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Birinci Kanalda açıqlama verib.
Peskov bildirib ki, hazırda Putin həm birbaşa xəttə fəal şəkildə hazırlaşır, həm də ali baş komandan olaraq müharibənin gedişini izləyir: “Müharibə gedir, buna görə də o, hər gün ordudan hesabatlar alır”.
Qeyd edək ki, birbaşa xətt Putinin vətəndaşlarla birbaşa ünsiyyət qurduğu ənənəvi tədbir olaraq keçirilir və dövlət başçısının gündəlik işlərinin mühüm hissəsini təşkil edir.





















