image-1backend

Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi – YENƏ UDUZDU

image-ads-728x90

Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin kassasiya şikayətini təmin etməyib.

Korrekt.az xəbər verir ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu qərar illərdir davam edən atalıq və aliment mübahisəsinə son qoyub.

Məhkəmə çəkişməsi Fidan Abbasovanın qızı Nilin atasının Orxan İsmayılzadə olduğu iddiası əsasında başlayıb. İddiaya görə, Orxan İsmayılzadə övladına adını və soyadını verməkdən, eləcə də aliment ödəməkdən boyun qaçırıb. Fidan Abbasova hələ 2017-ci ildə Sabunçu Rayon Məhkəməsinə müraciət etsə də, sonradan aldadılaraq iddiasını geri götürüb. Yalnız 7 il sonra – 2024-cü ildə icraata xitam verilməsi barədə qərardad ləğv edilib və işə yenidən baxılıb.
Məhkəmə materiallarına əsasən, tərəflər 2012-ci ilin mayından 2016-cı ilin sentyabrına qədər faktiki nikah münasibətlərində olublar. Onlar əvvəlcə Bakıda, daha sonra isə Orxan İsmayılzadənin Almaniyanın Münhen şəhərindəki evində birlikdə yaşayıb və müxtəlif ölkələrə səyahət ediblər. Bu faktlar pasportlardakı sərhəd-keçid qeydləri ilə də təsdiqlənib.
2015-ci il mayın 5-də cütlüyün Nil adlı qızı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə valideynlərinin narazılığı və atasının fiziki təzyiqi səbəbindən uşağı rəsmən öz adına yazdırmaqdan imtina edib.

Sabunçu Rayon Məhkəməsi 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Fidan Abbasovanın tələbini təmin edib. Orxan İsmayılzadənin atalığı tanınıb və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 2 min manat aliment tutulması qərara alınıb. Sonradan apellyasiya instansiyası aliment məbləğini 500 manata endirib. Orxan İsmayılzadə qızının saxlanılması üçün alimenti stabil ödəməkdən yayınır. Hətta buna görə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ölkədən çıxşına məhdudiyyət qoyulub, yalnız bundan sonra o, alimenti ödəyib.

Qeyd edək ki, məhkəmə prosesləri boyu Orxan İsmayılzadə iclaslara gəlməyib və DNT ekspertizasından keçməklə bağlı müxtəlif instansiyaların çıxardığı 5 məhkəmə qərarının (sonuncu dəfə 2026-cı ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qərarı ilə) icrasından yayınıb. Apellyasiya məhkəməsi kimi Ali Məhkəmə də onun şikayətini rədd edərək əvvəlki qərarı dəyişdirməyib.musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki