image-1backend

Pezeşkian: “İran təzyiq və təhdid qarşısında sarsılmaz qalacaq”

image-ads-728x90

Korrekt.az xəbər verir ki, ​İran prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb: “Həyati əhəmiyyətli infrastruktur xalqın həyat damarıdır.

Onları, nəqliyyat şəbəkələrindən tutmuş elektrik və su təsərrüfatına qədər hədəf almaqla hədələmək güc nümayişi deyil, əksinə, bir millətin iradəsi qarşısında acizliyin və çarəsizliyin göstəricisidir.

​İran öz mütəxəssislərinin elminə və bacarığına, milli birliyə və həmrəyliyə arxalanaraq, istənilən təzyiq və təhdid qarşısında sarsılmaz qalacaq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki