image-1backend

Pezeşkian qisas vədi verdi: “Bu qan yerdə qalmayacaq”   

image-ads-728x90

Dünən İran prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

Korrekt.az xəbər verir ki, bununla bağlı başsağlığı mesajı İranın Prezident Administrasiyasının rəsmi “Telegram” kanalında paylaşılıb.

Başsağlığı mesajında Laricaninin qətlinə görə cavabdeh tərəflərdən qisas alınacağı və onun qanının yerə qalmayacağı bildirilib.

“Laricaninin ölümü son dərəcə kədərli hadisədir. Terrorçu cinayətkarları amansız qisas gözləyir. Laricaninin qanı cinayətkar rejim tərəfindən yerə tökülsə də, İslam İnqilabının şəhidlərinin yanında olmaq onun uzun müddətdir arzusu idi”, – deyə, vurğulanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki