Korrekt.az xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabında paylaşım edərək 14 milyondan çox iranlının ölkəsini müdafiə etmək üçün canlarını fəda etməyə hazır olduğunu bildirib.
“İndiyə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı fəda etməyə hazır olmuşam, hazıram və hazır olacağam”, – deyə, Pezeşkian vurğulayıb.





















