image-1backend

“Politico” : Tramp İranla müharibəyə başlayanda ciddi səhv etdi

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp İranla münaqişə fonunda verdiyi qərarlarla bağlı tənqidlərin hədəfinə çevrilib.

Korrekt.az xəbər verir ki, “Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, Trampın bəzi müttəfiqləri hesab edir ki, ABŞ-ın İrana endirdiyi ilkin zərbələrin miqyası gözlənilən nəticəni verməyib və əksinə, rejimin devrilməsini daha da çətinləşdirib.

Məlumata görə, hücumlar nəticəsində İranın ali lideri Əli Xamenei, onun ailə üzvləri və bir sıra yüksək rütbəli hərbçilər həlak olub. Mənbələr bildirir ki, bu hadisələrdən sonra hakimiyyətə gələn Müctəba Xamenei daha sərt mövqeyi ilə seçilir.

Ağ Evə yaxın mənbələrdən biri bildirib ki, belə addımlar əks effekt verib: “Bir nəfəri aradan götürürsünüz, amma onu əvəz edən daha radikal olur”.

Nəşrin məlumatına görə, Tramp qoşunların genişmiqyaslı şəkildə döyüş bölgəsinə göndərilməsinə meyilli deyil və bu addımın onun reytinqinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir. Müqayisə üçün qeyd olunur ki, Riçard Nikson Watergate qalmaqalı dövründə ciddi reytinq itkisi ilə üzləşmişdi.

Bununla belə, Donald Tramp daha əvvəl bəyan edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları daha böyük müharibənin qarşısını almağa xidmət edib. Onun sözlərinə görə, əgər bu addım atılmasaydı, İran nüvə silahı əldə edə və regionda daha genişmiqyaslı təhlükə yarada bilərdi.

Digər tərəfdən, Vladimir Putin də Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə münasibət bildirib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə regionda vəziyyətin “təhlükəli şəkildə pisləşdiyini” vurğulayıb və münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki