image-1backend

Politoloq:”ABŞ-ın bu planı baş tutmadı”

image-ads-728x90

“Artıq ABŞ planlaşdırdıqlarına nail ola bilmədi. Vaşinqton ildırımsürətli müharibə arzusunda idi. Lakin görünən odur ki, bu alınmadı”.- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, ABŞ-ın müharibəyə tərəfdaş cəlb etmək cəhdləri də uğursuz olub:

“BƏƏ-ni müharibəyə qoşmaq olmadı, kürdləri olmadı, Türkiyə və Azərbaycan da bu prosesə cəlb edilmədi. Körfəz monarxiyaları da prosesə qoşulmaq istəmir. Hətta Donald Tramp Rəcəb Tayyib Ərdoğana müraciət etsə də, buna cavab verilmədi”.

A.Muradlı qeyd edib ki, ABŞ daha sonra NATO müttəfiqlərinə müraciət edərək onları Hörmüz boğazına qüvvə göndərməyə çağırıb:

“Vaşinqton açıq şəkildə bildirdi ki, Hörmüzdən əsasən Avropanın enerji daşıyıcıları keçir və bu səbəbdən də yolu onların açmalı olduğunu vurğuladı. Lakin NATO ölkələri bu çağırışa müsbət yanaşmadı. Almaniyanın müdafiə naziri Boris Pistorius açıq şəkildə ‘Bu bizim müharibə deyil’ dedi. Fransa prezidenti Emmanuel Makron isə yalnız müharibədən sonra dəstək verə biləcəyini bildirdi”.

Politoloqun fikrincə, ABŞ daxilində də İranla müharibənin davamı ilə bağlı fikir ayrılığı mövcuddur:

“Komanda daxilində ikitirəlik var. Bir qrup müharibənin davamını istəyir, digər qrup isə bunun çıxış yolu olmadığını və prosesdən geri çəkilməyin vacibliyini bildirir. Ortada vahid mövqe yoxdur”.

A.Muradlı əlavə edib ki, artıq ABŞ-ın qələbəsindən danışılmır:

“Pentaqon və ciddi ekspert dairələrində ABŞ-ın qələbəsindən bəhs edən yoxdur. Əksinə, əsas müzakirə mövzusu müharibədən necə çıxmaqdır. Hesab edirlər ki, Tramp istədiyi vaxt müharibəni dayandıra biləcəyini düşünür, lakin İran öz şərtləri qəbul olunmadan buna imkan verməyəcək”.

Politoloq sonda vurğulayıb ki, İranın Hörmüz boğazına nəzarəti vəziyyəti dəyişib:

“İranın Hörmüzü hərbi nəzarətə götürməsi müharibənin mərkəzini bu bölgəyə yönəldib. Bu isə o deməkdir ki, Tehran strateji təşəbbüsü ələ keçirib və qarşı tərəfi öz istədiyi istiqamətə yönləndirir. Hazırda dünya hərb tarixində nadir rast gəlinən bir proses baş verir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki