image-1backend

Politoloq: Hörmüz boğazının bağlanması bu ölkələr üçün fəlakət ola bilər

image-ads-728x90

“Rəsmi Tehran hər gün Hörmüz boğazını bağlayacağı ilə bağlı hədələr səsləndirsə də, hələlik bunu reallaşdıra bilmir. Bunun əsas səbəblərindən biri boğazın əsas istifadəçilərinin Çin və Hindistan olmasıdır.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Hörmüz boğazında yaranan gərginlik bu iki ölkəni ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, Hindistan üçün region həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır. Belə ki, Körfəz ölkələrində təxminən 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır. Bundan əlavə, Körfəz ölkələri ilə Hindistan arasında illik ticarət dövriyyəsi təxminən 200 milyard dollara çatır.

Arzuman Muradlının fikrincə, digər mühüm məqam isə Hindistanın neft idxalının böyük hissəsinin məhz Körfəz ölkələrinin payına düşməsidir. Bu səbəbdən də Dehli regionda müharibənin qısa müddətdə başa çatmasında maraqlıdır. O vurğulayıb ki, münaqişə uzandıqca Körfəz ölkələrində yaşayan hindistanlılar özlərini daha az təhlükəsiz hiss edirlər.

Politoloq bildirib ki, müharibə başlayandan indiyədək təxminən 70 min Hindistan vətəndaşı münaqişə zonasını tərk edib.

Onun sözlərinə görə, Hörmüz boğazı ilə daşınan yüklərin təxminən 40 faizi də Çinin payına düşür.

“Görünən odur ki, regionda baş verən bu qarşıdurmadan ən çox itirən ölkələr sırasında Çin və Hindistan da yer alır”, – deyə Arzuman Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki