Polşa müstəntiqləri Rusiyaya məxsus X-101 qanadlı raketlərinin ölkənin hava məkanını pozması ilə bağlı araşdırmada yeni detallar müəyyən ediblər. Məlum olub ki, insident zamanı Polşa hava məkanına əvvəllər bildirildiyi kimi iki deyil, üç raket daxil olub.
Korrekt.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Müstəntiqlərin ilkin qənaətinə görə, hər üç X-101 raketi 2026-cı ilin dördüncü rübündə Rusiyanın Moskva vilayətinin Dubna şəhərində yerləşən zavodlarda istehsal edilib.
Polşa Prokurorluğu Novı Lipovets və Rudnik nad Sanemdə araşdırma işlərinin başa çatdığını bildirib. Molodiçdə isə işlər müvəqqəti dayandırılıb.
Açıqlamada qeyd olunub ki, əraziyə icazəsiz girişin qarşısını almaq məqsədilə gecə boyunca gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək. Araşdırma işlərinin noyabrın 23-ü axşam saatlarında bərpa olunması nəzərdə tutulur.
Prokuror Marçin Kozak bildirib ki, indiyədək müsadirə edilmiş raket qalıqlarının bütün fraqmentləri mütəxəssislər tərəfindən əlavə ixtisaslaşdırılmış ekspertizadan keçiriləcək.
Araşdırmanın yekun nəticələrinin raketlərin mənşəyi və Polşa hava məkanına daxilolma şəraiti ilə bağlı əlavə məlumatlar ortaya çıxaracağı gözlənilir.





















