image-1backend

İranlı din xadimindən ABŞ-yə hədə: “Şirin quyruğu ilə oynamayın”

image-ads-728x90

İranın ali rəhbərinin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi, Təbrizin cümə imamı Əhməd Mütəhhəri Əsl ABŞ-yə xəbərdarlıq edərək Vaşinqtonu İranla hərbi qarşıdurmanın mümkün nəticələrini nəzərə almağa çağırıb.

Korrekt.az xəbər verir ki, bu barədə “Khabar Online” nəşri məlumat yayıb.

Cümə namazı zamanı çıxış edən din xadimi İranı şirə bənzədərək amerikalılara “şirin quyruğu ilə oynamamaq” barədə xəbərdarlıq edib.

“Amerikalılara deyirəm ki, şirin quyruğu ilə oynamasınlar. İran tədricən ABŞ-ni və sionist rejimi Tehranın şərtlərini qəbul etməyə məcbur etmək üçün addımlar atmağa başlayacaq”, – deyə o bildirib.

Mütəhhəri Əsl ABŞ və İsraildə hakimiyyətdə kimin olmasının İran üçün prinsipial əhəmiyyət daşımadığını da vurğulayıb. Onun sözlərinə görə, zərurət yaranarsa, İranın ali rəhbərinin göstərişi əsasında müharibə aparılacaq.

Din xadiminin bu açıqlaması Tehran və Vaşinqton arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. Bəyanat İranın ABŞ və İsrailə qarşı sərt ritorikasının dini-siyasi dairələrdə də davam etdiyini göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki