image-1backend

İranlı din xadimindən Pezeşkiana qəribə irad: “Evdə gödəkçə ilə yatmağınız ailəli olmamağınızla bağlıdır”

image-ads-728x90

İranda din xadimlərindən biri Prezident Məsud Pezeşkianın qənaətcil həyat tərzi ilə bağlı açıqlamalarına qeyri-adi münasibət bildirib.

Korrekt.az xəbər verir ki, din xadimi Pezeşkianın gecələr evdə gödəkçə ilə yatması, iş otağında əsas işıqları söndürərək yalnız stolüstü lampadan istifadə etməsi və vətəndaşlara da oxşar davranışı tövsiyə etməsini şərh edib.

O, prezidentə müraciət edərək evdə gödəkçə ilə yatmasını onun ailəli olmaması ilə əlaqələndirib. Din xadiminin fikrincə, Pezeşkianın həyat yoldaşı olsaydı, xanımı onun bu şəkildə yatmasına razı olmaz, onu gödəkçəsiz, yorğan altında ailəsinin yanında yatmağa yönəldərdi.

Din xadimi fikirlərini dini nümunələrlə əsaslandırmağa çalışıb. O, Həzrət Xədicənin vəfatından sonra Peyğəmbərin, Həzrət Zəhranın vəfatından sonra isə İmam Əlinin yenidən ailə qurmasını xatırladıb.

Çıxışında subay qalmağın fəxr olmadığını bildirən din xadimi ailə saxlamağı bacarmağın əsl hünər olduğunu vurğulayıb.

O, fikirlərini “Ölkə idarəçiliyi də ailə saxlamaq kimidir” ifadəsi ilə tamamlayıb.

Din xadiminin bu açıqlaması İran Prezidentinin qənaətcilliklə bağlı mövqeyinə şəxsi və ailə həyatı kontekstindən verilmiş fərqli bir münasibət kimi diqqət çəkib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki