ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətə münasibət bildirərək ölkəsinin yekunda qalib gələcəyini bəyan edib.
Korrekt.az xəbər verir ki, Tramp “Truth Social” platformasındakı paylaşımında İranla bağlı prosesləri noyabrın 3-də keçirilən ABŞ aralıq seçkilərinin nəticələri ilə əlaqələndirib.
ABŞ lideri bildirib ki, daha əvvəl Demokratlar Partiyasının seçkilərdə qələbəsinin fond bazarlarında kəskin enişə səbəb olacağını və İranı daha aqressiv addımlar atmağa həvəsləndirəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, hər iki proqnoz özünü doğruldub.
Tramp iddia edib ki, İran ötən həftə son bir ildəki digər dövrlərlə müqayisədə daha çox pilotsuz uçuş aparatı və raket buraxıb. Bununla belə, ABŞ Prezidenti bütün raket və dronların zərərsizləşdirildiyini, heç bir ziyanın qeydə alınmadığını bildirib.
O, həmçinin İran hakimiyyətinin demokratları zəif və səmərəsiz hesab etdiyini irəli sürüb. Tramp həm Demokratlar Partiyasını, həm də İranı neft qiymətlərinin artmasında maraqlı olmaqda ittiham edib.
ABŞ Prezidenti paylaşımında İran hakimiyyətini 81 min etirazçının ölümündə də günahlandırıb.
Tramp bəyanatını “Sonda Amerika qalib gələcək” ifadəsi ilə yekunlaşdırıb.





















