image-1backend

Prezident Əliyevin Bişkek diplomatiyası: liderlər nədə razılaşdı?

image-ads-728x90

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirdiyi görüşlər regionun siyasi gündəminə dair mühüm mesajlarla yadda qalır. Sentyabrın 1-də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü iki qardaş ölkə arasında strateji müttəfiqliyin növbəti dəfə nümayiş etdirilməsi baxımından diqqət çəkib. 

Qardaş ölkələrin liderlərinin növbəti görüşü Ankara-Bakı xəttində strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını göstərməklə yanaşı, dəyişən regional geosiyasi şəraitdə iki dövlətin koordinasiyasının əhəmiyyətini də ön plana çıxarır.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva Musavat.com-a deyib ki, prezidentin müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində fəal rolunu növbəti dəfə təsdiqləyir.

Deputat yada salıb ki, dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və İran prezidenti Məsud Pezeşkianla görüşlər keçirib. “Sentyabrın 1-də isə Türkiyə prezidenti Ərdoğanla görüş baş tutdu. Ümumiyyətlə, son illərdə Azərbaycan-Mərkəzi Asiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın coğrafi mövqeyi ölkəmizi Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və iqtisadi bağlantı məkanına çevirir.
Bu baxımdan Bişkekdə keçirilən yüksək səviyyəli görüşlər həm siyasi dialoq, həm də nəqliyyat, logistika, enerji və ticarət əlaqələrinin inkişafı baxımından da əhəmiyyət daşıyır”,_ deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiyanın aparıcı dövlətləri arasında əlaqələrin genişlənməsi ölkəmizin tranzit imkanlarını və regional iqtisadi əhəmiyyətini daha da artırır.

MP Konul Nurullayeva draws attention of Arabic media to historical reality  created by Azerbaijan - TurkicWorld

Deputat qeyd edib ki, səfərin diqqət çəkən məqamlarından biri də prezident Əliyevin baş nazir Paşinyanla görüşüdür: “Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin edilməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Liderlərin müxtəlif beynəlxalq platformalarda birbaşa təmaslarının davam etdirilməsi dialoqun qorunması və əldə edilmiş razılaşmaların irəli aparılması baxımından mühüm amildir. Bu xüsusda Bişkekdə baş tutan təmaslar Azərbaycanın həm iqtisadi və nəqliyyat maraqlarını, həm də regional sülh və təhlükəsizlik gündəliyinin fəal iştirakçısı olduğunu bir daha nümayiş etdirdi. ŞƏT-lə əməkdaşlığa gəlincə, təşkilatın coğrafiyası, əhalisi və iqtisadi gücü Azərbaycanın qarşısında böyük bir əməkdaşlıq məkanı açır. 36 milyon kvadratkilometr ərazi, 3,4 milyard əhali və 27,4 trilyon dollarlıq ümumi ÜDM bu məkanın potensialının əsas göstəricilərdir. Azərbaycan isə bu nəhəng məkanı Xəzər və Orta Dəhliz vasitəsilə Avropa ilə birləşdirən strateji körpü rolunu oynayır.

K.Nurullayeva bildirib ki, səfərin digər mühüm məqamı prezident və birinci xanım Mehriban Əliyevanın Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirakıdır: “Dünya Köçəri Oyunları türk və digər xalqların tarixi-mədəni irsini, milli adət-ənənələrini və ortaq dəyərlərini nümayiş etdirən mühüm beynəlxalq platformadır. Azərbaycanın dövlət səviyyəsində bu tədbirdə iştirakı türk dünyasının həmrəyliyinə verilən önəmin göstəricisidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki