image-1backend

Prezidentin bacısı  həbs olunaraq İsrailə təhvil VERİLDİ

image-ads-728x90

Sky News-un məlumatına görə, İrlandiya prezidentinin bacısı Dr. Margaret Konnolli Sumud donanmasının göyərtəsində həbs edilib və İsrailə təhvil verilir.

Korrekt.az xəbər verir ki, qəzetin qeyd etdiyi kimi, Dr. Konnolli Qəzzaya gedən Sumud humanitar donanmasının göyərtəsində olan və Kipr sahillərində İsrail tərəfindən saxlanılan ən azı altı İrlandiya vətəndaşından biridir.

Reuters agentliyinin məlumatına görə, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda ən azı 28 qayığı saxlayıb, Sumud isə dayandırılmış gəmilərlə əlaqəni itirdiyini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi donanmanı “təxribat” adlandırdı və əlavə etdi ki, gəmilərdə heç bir humanitar yardım olmayıb.

“Bu donanmanın bir hissəsi olduğum üçün çox qürur duyuram. Bu, indiyə qədərki ən böyüyüdür və biz indi Qəzza xalqına çox ehtiyac duyulan yardım və dərman çatdırmaq üçün humanitar marşrut açmaq məqsədilə Qəzzaya üzürük. Bir ana, həkim və insan olaraq bu donanmaya kömək etmək üçün qarşısıalınmaz bir istək hiss edirəm”, – deyə Dr. Konnolli Sumud tərəfindən dərc edilmiş video mesajında ​​bildirib.

İrlandiya rəsmilərinin “Sumud qlobal donanması ətrafındakı vəziyyəti fəal şəkildə izlədiklərini” və müvafiq orqanlarla əlaqə saxladıqlarını bildirib. Bəyanatda əlavə edilib ki, “təsirlənmiş İrlandiya vətəndaşlarına” konsulluq yardımı göstəriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki