“2018-ci ildə Ermənistanda baş verən inqilab Rusiya üçün qəbuledilməzdir. Kreml Nikol Paşinyanı qəbul etmir”.
Korrekt.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Qaregin Miskaryan deyib.
Ekspert Rusiyanın Ermənistanı ölkəni özündən asılı vəziyyətdə saxlamaq üçün hər yola baş vurduğunu bildirib:
“Rusiya Ermənistandakı son seçkilərin nəticələrini – Nikol Paşinyanın qələbəsini qəbul etmir. Təsadüfi deyil ki, Vladimir Putin seçkilərdən xeyli vaxt keçməsinə baxmayaraq hələ də Paşinyanı təbrik etməyib.
Rusiyanın aqressiv davranışı məhz Nikol Paşinyanla bağlıdır. Onun hakimiyyətdə olması Rusiyanın imperialist iddiaları üçün təhdiddir. Çünki Ermənistan inkişaf etdikcə, Rusiyadan uzaqlaşır. Ermənistan hakimiyyəti rusiyapərəst qüvvələri zəiflədəndə Moskvada narahatlıq yaranır. Həmin qüvvələr Moskva üçün Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ən ucuz və ən əlverişli yoldur”.Ajans.az





















