Rusiya prezidenti Vladimir Putin cümə axşamı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq media qurumlarının rəhbərləri ilə görüşündə bəyan edib ki, “Moskva İslam Respublikası ilə etimada əsaslanan münasibətləri sayəsində İran böhranının həllində rol oynaya bilər”.
Vətəninfo.az xəbər verir ki, Rusiya İslam Respublikasının nüvə proqramı ətrafında yaranan son gərginlik və İranla bağlı regional münaqişə başlayandan bəri ixtilafların diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayır.
Tehranın əsas tərəfdaşlarından biri hesab olunan Moskva, bundan əvvəl də İranla bağlı bəzi məsələlərdə vasitəçilik etməyə hazır olduğunu bəyan etmişdi.





















