image-1backend

Putin: Yanacaq problemi müvəqqətidir

image-ads-728x90

Rusiya prezidenti Vladimir Putin bu gün ölkədəki yanacaq çatışmazlığı probleminin müvəqqəti olduğunu açıqladı.

Korrekt.az xəbər verir ki, o, bunu hökumət üzvləri ilə məsləhətləşmə zamanı açıqlayıb.

“Yanacaqla bağlı çətinliklər müvəqqətidir. Onlar həmçinin düşmənin bayram mövsümünü pozmaq istəyi ilə bağlıdır”, – deyə Putin bildirib və əlavə edib ki, Kiyev buna nail olmayacaq.

“Kiyev Rusiya iqtisadiyyatına zərər vermək istəyir, amma əsas məqsədi cəmiyyətdə əsəbilik və narahatlıq yaratmaqdır. Lakin Rusiyanın enerji sektoru böyük təhlükəsizlik potensialına malikdir, ona görə də Kiyev buna nail ola bilməyəcək”, – deyə Putin bildirib.

O, həmçinin səlahiyyətli orqanlara dövlət idarələrinin və hüquq-mühafizə orqanlarının yanacağa olan tələbatını ödəməyi tapşırıb və əlavə edib ki, vətəndaşlar dizel yanacağı çatışmazlığı problemindən əziyyət çəkməməlidirlər. Bu baxımdan, kiçik və orta sahibkarlığın imkanlarından istifadə etməyi məqsədəuyğun hesab edib.

Putin bildirib ki, “Kiçik və orta sahibkarlığın əhaliyə yanacaq tədarükündə iştirakı zəruri addımdır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki