Rusiya Prezidenti Vladimir Putin xaricdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Silahlı Qüvvələrdən istifadəyə icazə verən qanunu imzalayıb.
Korrekt.az xəbər verir ki, yeni qanuna əsasən, Rusiyanın iştirakı olmadan fəaliyyət göstərən xarici və beynəlxalq məhkəmələrin qərarları ilə həbs edilən və ya cinayət məsuliyyətinə cəlb olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi vasitələrdən istifadə mümkün olacaq.
Sənəddə qeyd olunur ki, bu addım Rusiya vətəndaşlarının hüquq və təhlükəsizliyinin qorunmasına yönəlib. Qanunun hansı hallarda və hansı mexanizmlə tətbiq olunacağı isə hələlik açıqlanmayıb.





















