SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani İsrail ordusunun 40 günlük müharibədən əvvəlki mövqelərinə geri çəkilməsinin müqavimət qüvvələrinin minimum tələbi olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, SEPAH generalı, habelə, Livandakı “müqavimət qüvvələri”nə dəstəyin İranın üzərinə düşən məsuliyyətlərdən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İsrailin bölgədəki təsirinin aradan qaldırılması və regionun “azad edilməsi” müsəlmanlar üçün əlçatmaz məqsəd deyil.
Qaani əlavə edib ki, Livan xalqı yaxın zamanda davam edən qarşıdurmanın nəticələrini görəcək.





















