image-1backend

Qalant İsrail rəhbərliyini tənqid etdi: “Strateji fürsət əldən verildi”

image-ads-728x90

İsrailin keçmiş müdafiə naziri Yoav Gallant ölkənin siyasi və hərbi rəhbərliyini sərt tənqid edərək, əldə olunan hərbi uğurların strateji nəticələrə çevrilmədiyini bildirib.

İsrailin “Cursorinfo” nəşrinin məlumatına görə, Qalant 103FM radiosuna müsahibəsində İranla qarşıdurma zamanı mühüm bir fürsətin qaçırıldığını qeyd edib.

Korrekt.az xəbər verir ki, İsrail və ABŞ qüvvələri hərbi əməliyyatlar zamanı İranın zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürməyə cəhd etməli idi.

“Biz əməliyyat zamanı gedib zənginləşdirilmiş uranı ələ keçirməli idik. Bu, İranın nüvə proqramına ciddi zərbə vurardı”, – deyə Qalant bildirib.

Keçmiş nazir qeyd edib ki, belə bir addım yüksək risklər və mümkün itkilərlə müşayiət olunsa da, milli təhlükəsizlik baxımından əsaslandırılmış risk hesab edilə bilərdi.

Qalantın fikrincə, İranın nüvə proqramına qarşı konkret addımlar atmaq əvəzinə, reallıqdan uzaq siyasi hədəflərə üstünlük verilməsi strateji səhv olub.

“Əgər əlçatmaz məqsədlər naminə resurslar sərf edilir və nəticədə əsas strateji məqsədə nail olunmursa, bu, imkanların boşa xərclənməsi deməkdir. Belə halda həm hərbçilər risk altına düşür, həm də ölkə raket hücumları təhlükəsi ilə üz-üzə qalır”, – deyə o vurğulayıb.

Qalant hesab edir ki, hərbi əməliyyatların əsas məqsədi konkret strateji nəticələr əldə etmək olmalıdır və bu nəticələr əldə edilmədikdə, qazanılan taktiki uğurların əhəmiyyəti azalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki